Dünya

Ata öz övladları da daxil 6 gəncin cəsədi ilə qarşılaşıb

Almaniyada 6 gencin cesedi tapilib
157views

Almaniyanın Bavyera əyalətində ata, uzaq bir sahədəki kiçik daxmada öz qızı və oğlu da daxil altı gəncin cəsədiylə qarşılaşıb.

18-19 yaşlarındakı 6 gəncin Arnstein qəsəbəsi yaxınlığındakı bir kiçik daxmada, şənbə günü ‘party’ təşkil etdikləri məlum olub.

Polis, ölüm səbəbinin hələ dəqiq bilinmədiyini ancaq hər hansısa zorakılıq halları ilə də qarşılaşmadıqlarını açıqlayıb.

Gəncləri tapan ata, kömək çağırsa da artıq çox gec olub. Qonşulardan biri, gənclərin doğum günü ‘party’si keçirdiklərini söyləyib.

Polis, kiçik daxmadakı odun sobasının gəncləri öldürmüş ola biləcəyi ehtimalı üzərində dayanır. Gənclərin karbon monoksit zəhərlənməsindən öldükləri düşünülür.

Hadisə ilə əlaqədar istintaq başladılıb və ölüm səbəblərinin təyin olunması üçün yarılma əməliyyatı aparılacağı bildirilib.