Mobil

AT & T, Samsung Galaxy Note 7 satışlarını rəsmi şəkildə dayandırdı

265views

ABŞ mərkəzli telekommunikasiya şirkəti AT & T, Galaxy Note 7 satışlarını tamamilə dayandırdığı açıqlayıb.

Sentyabr ayının əvvəlində telefonun dünya daxilində toplanma qərarı alınmış və bütün problemli telefonlar yeni Note 7 ilə dəyişdirilməyə başlanmışdı. Ancaq, keçdiyimiz günlərdə ABŞ-da dəyişdirilmiş bir Galaxy Note 7-nin təyyarə içərisində alov alması bütün dünya ilə birlikdə AT & T-də də ciddi narahtçılıq doğurmuşdu. Şirkət hadisənin ciddiliyini və təhlükə yaratma ehtimalının fərqinə varmış olacaq ki, Note 7 satışlarını dayandırma qərarı aldığını açıqlayıb.

AT & T’nin bu istiqamətdə bir qərar verməsiylə hadisə domino təsiriylə daha da inkişaf edə bilər. Samsung’la razılaşmalı digər təşkilatlar da AT & T’nin etdiyini edib satışları dayandırma qərarı alsa, Cənubi Koreyanın texnologiya nəhəngini olduqca çətin günlər gözləyəcək.

Yeniləmə: ABŞ-dakı bir digər operator T-Mobile da eyni istiqamətdə bir qərar alıb və cihazın satışını dayandırdığı açıqlayıb.