Dünya

Hollandiya’da marixuananın becərilməsinə rəsmi icazə veriləcək

150views

Hollandiya’nın Tilburg bölgəsində müalicə məqsədli marixuanın becərilməsinə icazə veriləcək.

Bələdiyyə rəhbəri Peter Nordanus, tibbi müalicə üçün marixuana istifadə edən insanların sənədləşmə şəklində icazəsinin olacağını və Polis nəzarəti sayəsində də bu prosesin qüsursuz işləyə biləcəyini söylədi.

Bu qərar Tibbi Marixuana istifadə edən Xəstələr Qrupu (PGMCG) adlı dərnəyin müraciəti sayəsində qəbul edildi. Dərnəyin rəhbəri Marian Hutten bu addımın yararlı olacağını və dərmanı istifadə edən xəstələrə rahatlıq gətirəcəyini bildirdi.

Marian Hutten, Tilburg şəhər bələdiyyəsi tərəfindən alınan qərarın , bütün ölkə çərçivəsində də yayılmasına köməklik edəcəklərini bildirdi.

Bələdiyyə, məhkəmə və polisin birlikdə həyata keçirəcəyi bu prossesdə, tibbi olaraq marixuana istifadə etmə məcburiyyətində olan 18 yaşdan yuxarı insanlar, evlərində 5 kökü (ədəd) keçməmək şərti ilə əkmək mümkün olacaq. Qətiyyən yetişdirilən marixuana satılmamalı, yalnız dərman olaraq istifadə edilməlidir.

Qeyd edək ki, Hollandiya’da həkim resepti ilə alınan marixuananın qramı 7 € dəyərindədir.
Qanuni yol ilə satışda isə bu qiymət 7-18 € arasında dəyişməkdədir.