Futbol

Arsen Wenger’dən gözlənilməz transfer həmləsi

arsen wengerin yeni transferi
51views

Arsenal maraqlı transferlerine yenisini əlavə etməyə hazırlaşır.

Premier Liqanın xal cədvəlində 5-ci sırada olan Arsenal, qış transfer dövrünə fərqli bir başlanğıc etməyə hazırlaşır.

London klubunun Premier Liqadan 6 pillə aşağıda mübarizə aparan Hednesford Town klubunun müdafiəçisi Cohen Bramall’u transfer edəcəyi bildirilir.

BBC-nin xəbərinə görə, 20 yaşında olan və müdafiənin solunda oynayan Bramall üçün Arsenal oyunçunun klubuna 40 min sterlinq ödəyəcək .

Xəbərdə eyni zamanda Bramall’u Hednesford Town’a transfer edən Liam McDonald’ın fikirlərinə də yer verilib. Jamie Vardy’nin də həvəskar səviyyədən yüksələrək Leicester City’yə Premier Liqa çempionluğunu gətirdiyini xatırladan McDonald, erkən yaşda kəşf etdiyi Bramall’un da ona bənzər qəhrəman olabilleceğini söyləyib.

Futbol karyerasından əvvəl avtomobil fabrikində və geyim mağazasında işləyən Bramall’un ötən gün Arsenalın məşqinə qatıldığı və qısa bir sınaq müddətinin ardından rəsmi müqavilənin imzalanacağı bildirilir.