Dünya

Arnold Schwarzeneggerd’ən Trump’a maraqlı təklif

Arnold Schwarzenegger vs Donald Trump 2017
274views

2003-2011 illərdə Kaliforniya ştatının qubernatoru olan və Terminator filmiylə tarixə keçən Arnold Schwarzenegger, Twitter vasitəsilə ABŞ prezidenti Donald Trump’a cavab verib.

Trump səhər qatıldığı ‘Milli Dua Səhər Yeməyi’ndə, “Mən prezidentliyə namizəd olanda, The Apprentice (Çıraq) proqramında məni əvəz etməsi üçün çox böyük bir film ulduzu tutdular. Schwarzenegger. Ardından isə nə baş verdiyini gördük. Reytingler rekord qırdı. Əsl fəlakət” deyə bildirdi. Daha sonra da gülərək “Arnold’un reytinqləri üçün dua edək” deyərək çıxışını bitirdi.

Məşhur ulduz Schwarzenegger isə twitter’də bir video yayımlayaraq Trump’a cavab verdi.

Schwarzenegger, “Hey Donald, yaxşı bir fikrim var: Niyə də işlərimizi dəyişməyək? Sən televiziya işinə sahiblən, çünki ‘reytinq’ mövzusunda əsl mütəxəssissən. Mən də sənin işinə sahiblənərəm, bu da insanların daha rahat yatmağına səbəb olar,” deyə Trump’ı razılığa səslədi.

Qeyd edək ki, Trump sözü gedən verlişin ilk 14 mövsümünü təqdim etmişdi.