Futbol

Arda Turan şou’su davam edir: 3 qol 1 asist

716views

İspaniya Kral Kubokunda Hercules ilə qarşı-qarşıya gələn Barcelonada Arda Turan qarşılaşmaya ilk 11’də çıxdı.

Türkiyə Milli oyunçusu, 3 qol və 1 asistlik performansıyla 7-0əlıq qalibiyyətdə ən böyük pay sahibi oldu.

Kubokun 4-cü turunda 3-cü liqa komandalarından Hercules ilə səfərdə oynadığı ilk oyunda 1-1 bərabərə qalan Barcelona, Nou Camp’dakı qisasını 7-0 hesabı ilə aldı. Barcelonanın qollarını 37-ci dəqiqədə Lucas Digni, 45-ci dəqiqədə penaltidən Ivan Rakitic, 50-ci dəqiqədə Rafinha, 55, 86 və 89-cu dəqiqələrdə Arda Turan, 72-ci dəqiqədə Paco Alcacer atdı.

Arda üçüncü dəfə hat-trick etdi.
Barcelonada ilk 11’də oyuna çıxan Arda Turan, etdiyi hat-trick’in yanında Rafinha’nın qolunun asistini edib, ilk yarının son dəqiqəsində də klubuna penalti qazandırdı. Bu mövsüm Barcelona forması ilə 9-cu qolunu vuran Arda, Katalan komandasında Luis Suarez və Lionel Messidən sonra ən çox qol vuran oyunçu olmağa davam edir. Arda, Barcelona forması ilə ikinci, karyerasında isə üçüncü dəfə hat-trick etmiş oldu.