Futbol

Arda Turan, Real Madrid ilə oyun öncəsi yenidən heyətə qayıtdı

927views

“Barselona”nın futbolçusu Arda Turan məşqlərə qayıdıb.

Sağalan türk yarımmüdafiəçi bugünkü məşqdə artıq iştirak edib. Klubun baş məşqçisi Luis Enrike’nin şans verəcəyi təqdirdə, Arda, La Liqanın 14-cü turunda, dekabrın 3-ü keçiriləcək “Real Madrid”ə qarşı matçda oynayacaq.

Qeyd edək ki, A.Turan yüksək hərarət səbəbindən “Real Sosyedad”la görüşü buraxmışdı.