Azərbaycan Premyer Liqası

Araz Abdullayevin “Astra”ya keçidi baş tutmadı

153views

“Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayevin Rumıniyanın “Astra” klubuna keçidi baş tutmayıb. Milli komandamızın futbolçusu bunu jurnalistlərə açıqlamasında deyib.

Abdullayev bildirib ki, danışıqlar getsə də, son anda transfer alınmayıb.  24 yaşlı yarımmüdafiəçi ən azı qış fasiləsinə qədər “Neftçi”nin şərəfini qoruyacaq.

Qeyd edək ki, “Neftçi”nin digər futbolçusu Ruslan Qurbanov karyerasını “Qəbələ”də davam etdirəcək.

Elnur Cəfərov
idman xəbərləri yazarı