Kosmos

Araşdırma nəticələri gözlənilmz oldu: Yadplanetlilər yalnız planetlərdə yaşamırlar

211views

Elm adamlarının etdiyi yeni araşdırmalara görə, yadplanetlilər ya da digər canlılar yalnız planetlərdə yaşamır ola bilərlər.

Kosmosda həyat üçün bu günə qədər edilən araşdırmaların hamısında elm insanları, fiziki və kimyəvi olaraq eynilə dünyaya bənzəyən planetləri araşdırıblar. Bu araşdırmalar dünyayla eyni istilikdə, bənzər kimyəvi strukturlarda olması təməl ölçü olaraq qəbul edilirdi.
Edinburg Universitetindəki araşdırmaçılar baxış bucağımızı dəyişdirəcək yeni bir nəzəriyyə irəli sürüblər. Onlara görə, həyat üçün əlverişli mühit yalnız dünyaya bənzər planetlərdə deyil, planetlərdən fərqli olaraq sönmüş ulduzlarda və cücə planetlərdə də axtarılmalıdır. Normal ulduzlar ilə eyni xüsusiyyətlərə sahib olan bu sönmüş ulduzların, aktiv ulduzlardan fərqli nöqtəsi isə kütlələrinin daha yüngül olmasıdır. Lakin bu cücə ulduzlar dünyadakı ilə bənzər atmosfer, istilik və təzyiq şərtlərini saxlaya bilmə xüsusiyyətinə sahib ola bilərlər.
Araşdırma qrupuna görə; Dünya xaricində həyat axtaran insan üçün bu cücə planetlər yeni həyat sahəsi ola biləcəyi kimi yadplanetlilərin də buralarda yaşamaqları mümkün ola bilər. Yəni artıq yalnız planetləri deyil bu sönmüş cücə ulduzları da araşdırmaq lazımdır. Bu iş, Dünya xarici həyat və başqa həyat mühitləri axtarış işlərini kökündən dəyişdirə bilər. NASA-nın yaxında istifadəyə təqdim edəcəyi James Webb Kosmos teleskopu ilə bu qəhvəyi cücələr daha dərindən araşdırıla bilinər.