Cihazlar

Apple SSL’ə keçdi

929views

Apple, mobil əməliyyat sistemi olan iOS üçün nəhayət SSL sistemini dövrəyə gətirdi. Apple, iOS 10 aktuallaşdırması ilə birlikdə sanki əməliyyat sisteminə təhlükəsizlik dopingi etdi!

iOS uzun bir müddətdə təhlükəsizlik mövzusunda iddialı bir əməliyyat sistemi olmağı bacarıb.
İstifadəçilər tərəfindən bu istiqaməti ilə mənimsənən əməliyyat sistemi indi daha da etibarlıdır.

Apple`ın iOS 10 ilə əməliyyat sisteminə əlavə etdiyi gözlə görülə bilən dəyişikliklər və yeniliklərin yanında əməliyyat sisteminin arxa plandakı işləmi ilə əlaqəli etdiyi dəyişikliklər də mövcuddur.

Threatpost’un xəbərinə görə Apple, iOS 10 ilə birlikdə artıq yeniləmə serverlərində server ilə skaner arasındakı məlumatları şifrələyən aktual bir təhlükəsizlik sistemi olan SSL sistemini istifadə etməyə başladı.

iOS istifadəçiləri iOS 10-dan əvvəl gələn sistemlərə qədər bütün OTA yeniliklərini SSL vasitəsilə etmirdilər.

https_certificate_secure-100614927-primaryidge-1473845688

Bu səbəblə iOS yeniləmələrinə şəbəkədə olan bir hacker tərəfindən müdaxilə edilməsi asan idi.

Bu vəziyyət indiyə qədər böyük bir problemə səbəb olmamış olsa da Apple kimi böyük bir texnologiya şirkətinin bu mövzuda bu qədər gec qalması diqqət çəkdi.

Ayrıca Apple tərəfindən edilən şərhdə klaviaturadakı, xəritələr tətbiqindəki, mail tətbiqindəki  və mesajlaşma tətbiqində olan cəmi 7 təhlükəsizlik açığı da iOS 10 ilə birlikdə artıq təmizlənib.