Mobil

Apple maraqla gözlənilən iPhone 7 və iPhone 7 Plus modellərinin çıxış tarixini açıqladı

410views

Artıq sentyabr ayına giririk və maraqla gözlənilən yeni iPhone modelləri çox yaxında bizlərə tanıdılacaq.

İndiyə qədər yeni iPhone modellərinin təqdimat tarixini az çox təxmin edirdik. Apple ötən gün bu mövzunu dəqiqliyə qovuşdurub və iPhone 7 və 7 Plus’ın tanıdılacağı təqdimat üçün dəvətnamələri paylamağa başlayıb.

CrCiCYxXgAABC4m[1]
Applenin nəşr etdirdiyi dəvətnamədə işıqlarla Apple logosunun üst qismi yaradılmışdır. Bunun xaricində “7-ində görüşərik” yazılır. Apple bu şüarla 7 sentyabr tarixini işarə etdiyi artıq məlumdur.
Digər tərəfdən Applenin 7 Sentyabrda reallaşdıracağı təqdimatda yeni iPhone modellərinin yanında yeni Apple Watch modelinin də tanıdılması gözlənilir.

(Mövzu üçün yerləşdirilən əsas üst şəkil həqiqəti əks etdirmir.)