Mobil

Apple, iPhone 8 üçün həlledici mərhələyə keçdi

iPhone 8
304views

Apple, iPhone 8 üçün həlledici mərhələyə keçdi.

iPhone 8, şübhəsiz, son dövrlərin ən çox maraq görən cihazıdır. Çünki bir çox istifadəçi markanın 10-cu ildönümü münasibətilə bu yeni telefonda radikal dəyişiklər edəcəyini proqnozlaşdırır.
Bu günlərdə ortaya çıxan bir hesabata görə Apple, yeni iPhone 8in hissələrini istehsal edən firmalara, cihazın birləşdirilməsi üçün əllərindəki ehtiyatları göndərmə təlimatı verib. Yəni ortaya çıxan bu hesabat doğru isə aparatın dizaynı və texniki xüsusiyyətləri dəqiqləşmiş, istehsal prosesinə keçilmiş deməkdir. Beləliklə, Appleın yeni iPhone 8ni görmək üçün, uzun bir müddət gözləməyimizə ehtiyac qalmayacağını rahatlıqla deyə bilərik.

Ortaya çıxan bu hesabatda ayrıca cihazın OLED ekranını istehsal edən Samsung Display-dən də yetərli miqdarda ekranın göndərildiyi deyilir. Son olaraq bu hesabatın davamında istehsalçı firmalardan ən geci bu ayın sonuna qədər hissə təsliminə başlanmasının tələb olunduğunu da bildirilir.