Cihazlar

Apple iPhone 7 ‘də nələr fərqli olacaq

627views

Apple, maraqla gözlənilən yeni iPhone modellərini ABŞ-ın San Francisco ştatında tanıdıb


iPhone 7 və 7 Plus olaraq təqdim olunan yeni modellərdə ən böyük dəyişiklik, standart qulaqlıq girişinin olmamasıdır. iPhone 7 -də qulaqlıq Lihgtning, yəni şarj (enerji yükləmə) girişindən olacaq.

Bundan əlavə, AirPods adı verilən naqilsiz qulaqlıqlar olacaq.

Kənar yüksək səsləri buraxmama, özəlliyinə sahib olan qulaqlıqların fasiləsiz işləmə vaxtı 4 saatdır. Təqdim olunan qutu vasitəsi ilə yenidən şarj (enerji yükləmə) ediləcək.

Qulaqlıqlar, qutusundan çıxdıqdan dərhal sonra iPhone və Apple Watch-a birbaşa bağlanır.

itwlltagckgwhbaegibkgg

Apple, bu addımın özləri tərəfindən atılan cəsarətli addım olduğunu söylədi ancaq iPhone-un köhnə modellərində istifadə olunan klassik qulaqlıqları yeni cihazda da istifadə edə bilmək üçün, paket içərisində əlavə ötürücü qoyduqlarını da açıqladı.

Xüsusən sözü gedən ötürücü təqdim olunduğu vaxt, zalda olan səssizlik , bu yeniliyin olduqca maraqla qrşılandığını göstərdi.

eb43a797-22bd-4464-8a33-d24f67817914


iPhone 7 və 7 Plus modelindəki digər yeniliklər :


  • 1 metr dərinlikdə 30 dəqiqədən cox suda qalma özəlliyinə sahibdir.
  • iPhone 7 Plus modeli arxa kamera daxilində 2 fərqli linzaya sahibdir.
  • İlk dəfə olaraq 16 GB yaddaş olmayacaq, 32 GB, 128 GB və 256 GB yaddaşa sahibdir.
  • Yeni qara rəngə sahibdir.

scino2n7ie6xartesxhmrg
iPhone 7-nin qiyməti 649 dollar (1070 azn ), iPhone 7 Plus-un isə 769 dollar ( 1270 azn ) olması gözlənilir.

İlk sifarişlər 9 sentyabr, satışa çıxma tarixi isə 16 sentyabrdır.