Cihazlar

Apple cihazlarındakı “i” hərfi nə anlama gəlir?

236views

Texnologiya nəhəngi Applenin bir çox texnoloji qurğusunun adının başında kiçik “i” hərfi var. Bəs bu “i” hərfi nə anlama gəlir?

iPhone, iPad, iPod, iMac… Texnologiya nəhəngi Apple, 1998-ci ildə ilk iMac‘ını bazara təqdim etməsindən bəri təxminən 18 il keçib. Bu aradan keçən illərdə isə Apple, iPod, iPhoneiPad kimi fenomen halına gələn cihazlar təqdim etməyi də bacarıb.
Applenin cihazlarının bu cür satılmasının arxasında isə cihazların sadə və xüsusi dizaynı ilə birlikdə bəlkə də adlarının olduqca ağılda qalıcı olması və öz reklamını özünün etməsi durur. Məsələn iPhonedan nümunə vermək lazım olsa, ölkəmizdə insanlar iPhonenin hansı modeli olmasına əhəmiyyət vermədən yalnız iPhone istifadə etmək üçün iPhone istifadə edirlər.

Bəs iMac ilə birlikdə başlayan və iPhone, iPod, iPad ilə davam edən bu Apple məhsullarının adlarının qarşısında iştirak edən “i” hərfi nəyi ifadə edir?

Əslinə baxsanız bunun sadə bir səbəbi var. 1997-ci ildə Steve Jobs, iMac üçün, “Bu Macintosh sadəliyin və internetin zövq birliyidir.” demişdi. Jobs, sözlərinə isə, “Bu, tam güclü bir Mac’dır və o bir çox şeyi edə bilir. Ancaq ilk olaraq və ən əhəmiyyətlisi isə sizin 10 dəqiqə içində internetə bağlanmağınızı təmin edir.” Steve Jobsun bu sözlərindən bəlkə bir az ipucu alaraq “i” hərfinin nə anlama gəldiyini təxmin etmisiniz.
Bəli, Applenin müvəffəqiyyətli məhsullarının adlarının qarşısında olan “i” hərfi internetdən gəlir. 1998-ci ildə çıxan iMac‘ın ən əhəmiyyətli xüsusiyyəti olan interneti vurğulamaq istəyən Steve Jobs və qrupu, internet sözü və Macintosh sözünü bir arada istifadə etmək istəmiş və ilk olaraq o zaman ortaya iMac adını çıxarmışlar. Daha sonra isə bu “i” hərfi Applenin digər məhsullarında də istifadə edilmişdir.