İqtisadiyyat

Apple Campus’dan ilk şəkillər internetə sızdı

308views

Apple’ın yeni şəhərcik tikintisinin içindən ilk görüntülər dərc olunub.

Hələ tamamlanmamış bir fenomen halına gələn Apple Campus 2’nin tikintisi iki ildən uzun müddətdir ki, davam edir. Stiv Jobs imzalı bir layihə olan Apple Campus 2’nin tikintisinin hər mərhələsi maraqla izlənilir. Tikintinin iç görüntüləri isə ilk dəfə olaraq mətbuatda dərc olunub.

Apple’lın işçiləri tərəfindən paylaşılan fotolarda Apple Campus barədə ilkin təəssüratları almaq mümkün olur.

Apple Campus 2
Sütunlar 7.6 metr uzunluğunda 500 kqlıq paslanmaz polad səthlərlə örtülür. Hər bir sütun üçün dörd ədəd örtük istifadə edilir.
Apple Campus 2

Apple Campus 2

Kafenin qapıları əvvəldən axıra şüşədən düzəldilmişdir. San-Fransiskodakı Apple Pəncərə Pərdəsi qapılarına bənzədilən qapılar 10 ədəd şüşə parçadan ibarətdir.
Apple Campus 2

Apple Campus 2, gün işığından istifadə etməsini təmin edən işıqlarla təmin edilir.
Apple Campus 2

Apple Campus 2
60 inşaat işçisinin 5 aylıq çalışması nəticəsində giriş dəhlizlərindən birinin divarları xüsusi bir toxumayla örtülmüşdür.
Apple Campus 2

Şəhərciyə minlərlə ağac əkilir.
Apple Campus 2

Apple Campus 2

Tikintinin tezliklə başa çatdırılması və Apple’ın Yanvar ayı etibarilə Apple Campus 2’yə köçməyə başlaması planlaşdırılır.