Digər İdman

Anna İvanoviç tennis sevərləri üzdü

Anna İvanovic karyerasını sonlandırdı 2016
291views

Serbiyalı tennisçi Ana İvanoviç, sosial mediada yayımladığı bir məlumat ilə professional tennis karyerasını sonlandırdığını açıqladı.

Beləliklə tennisçi, 13 illik tennis karyerasını 2016-cı ildə tamamlamış oldu.

Yüksək səviyyədə rəqabətin yaxşı bir forma tələb etdiyini xatırladan İvanoviç, karyerası boyu yaşadığı zədələrin bu mövzuda onun qarşısını kəsdiyini söylədi. Artıq ən üst səviyyədə mübarizə apara bilmədiyini vurğulayan İvanoviç, həyatını başqa cür davam etdirəcəyini bildirdi.

Onu dəstəkləyənlərə təşəkkür etməyi də unutmayan 29 yaşındakı tennisçi, bundan sonra gözəllik və moda sahəsində çalışacağını bildirdi.

yaaz.az
Anna İvanoviç Roland Garros 2008

2008-ci ildə Fransa Açıqda Dinara Safina’nı məğlub edərək çempion olan və WTA sıralamasında 1 nömrəyə yüksəlməyi bacaran İvanoviç, 9 həftə bu ünvanını qorumuşdu. Son olaraq 2015-ci il Fransa Açıqda yarı finala qədər yüksəlməyi bacaran tennisçi, bu günlərdə 63-cü sıraya qədər enmişdi.

Formada olduğu zamanlarda bir çox tənqidçilər tərəfindən dövrünün ən yaxşı “forehand”i olaraq göstərilən İvanoviç, 15 WTA zəfəri ilə bərabər 3 dəfə Grand Slam finalı və 1 dəfə də Fed Cup finalında mübarizə aparma uğurunu əldə etmişdi.