Futbol

“Anderlecht” – “Qəbələ” matçını avstriyalı hakimlərə həvalə etdilər

224views

Sentyabrın 15-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Anderlecht” – “Qəbələ” matçınını hakimləri açıqlanıb. Qarşılaşmanı Harald Lehnerin başçılıq etdiyi avstriyalı hakimlər briqadası idarə edəcək. Ona Maksimilian Kolbiç və Andreas Hayndrayx kömək edəcəklər. 4-cü hakim funksiyasını isə Ştaudinger yerinə yetirəcək.

Xatırladaq ki, matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Elnur Cəfərov
idman xəbərləri yazarı