Dəb & TərzFotoqrafiyaMaraqlıŞəbəkə

Anasına bax qızını al deyiblər, elə deyilmi?

Dominique Instagram
805views

Böyük Britaniyadan olan Instagram blogeri Dominique eyni zaman iki gözəl qız anasıdır. Amelia 10,  Penny isə 3 yaşındadır.

Dominique, “2015-ci ildə işimdən çıxaraq evdə oturub bütün vaxtımı övladlarıma sərf etmək qərarına gəldim. Bu riskli ancaq eyni zamanda heç vaxt peşman olmayacağım bir qərar oldu. Bəzən tənha idim. Ancaq Instagram, övladlarım ilə bağlı çətin vaxtlarımda bir növ mənə nikbinlik bəxş etdi.” deyə söyləyir.

Dominique idarə etdiyi Instagram səhifəsində özünün və qızlarının birgə şəkillərini paylaşır. Bu şəkillərdə onlar bənzər geyim və saç düzümü tərzləri ilə maraqlı görüntü sərgiləyirlər.

“Bir gün səhər evdən çıxarkən qızım Penny’ə də öz geyimimə uyğun geyim seçdim və bu vaxt Amelia öz otağından çıxdı və o da təsadüfən bizim tərzə yaxın tərzdə geyinmişdi. Bu kiçik zarafatın şəklini çəkdik. Və daha sonra da bu maraqlı təcrübəni yenidən etmək və insanlarla paylaşmaq qərarına gəldik.

Evdə oturmaq və daim qızlarıma nəzarət etmək mənə bəzən çətinliklər yaratdı. Ancaq bütün çətinliklərə dəyərdi. Çünki qızlarımın güclü və azad insan kimi böyüdüklərini görmək məni qürurlandırdı. Ana olmağın ən gözəl hədiyyəsi, onların ağıllı, şən və inanılmza gözəl bir xanıma çevrildiklərini izləməkdir. Bu məni hər an həyəcanlandırır və qürürlandırır. Ancaq hələ qarşıda da görüləsi vacib işlər var.”

#1

yaaz.az Dominique Instagram


#2

yaaz.az Dominique Instagram


#3

yaaz.az Dominique Instagram


#4

yaaz.az Dominique Instagram


#5

yaaz.az Dominique Instagram


#6

yaaz.az Dominique Instagram


#7

yaaz.az Dominique Instagram


#8

yaaz.az Dominique Instagram


#9

yaaz.az Dominique Instagram


#10

yaaz.az Dominique Instagram


Dominique – Instagram