MusiqiTV

Anar Baylar “Gözlə Məni” ifa edib

65views

Anar Baylar yeni mahnısını təqdim edib. “Gözlə Məni”-adlanan mahnı Anar Bayların rəsmi Youtube kanalı vasitəsi ilə yayıma verilib. Mahnının musiqisi ifaçının özünə,sözləri isə rus yazıçısı Konstantin Simonov’a məxsusdur. Böyük Vətən müharibəsi illərində “Jdi menya” (“Gözlə məni”) şeirini yazan Konstantin Simonov, bu şeirini öz sevgilisinə həsr etsə də, “Jdi menya” müharibədə vuruşan ərlərini gözləyən bütün qadınların andına çevrilib və dünyanın bir çox dillərinə tərcümə edilərək yayılıb. Mahnının aranjimanı Farid Ağa’ya,qapaq şəkli fotoqraf Xalid Zeynalova aiddir. Anar Baylar ən tez zamanda klip çəkilişlərinə başlayacağını bildirib.