DünyaMaraqlı

“Anamın ‘qaz otağı’na aparılmasını izlədim”

Frank Bright 2017
314views

2-ci Dünya müharibəsinin ‘ölüm düşərgəsi’ndən Auschwitz Birkenau’nun Sovet ordusu tərəfindən qurtarılmasından 72 il ötür.

Polşadakı düşərgələrə göndərilən, əksəriyyətinin yəhudi olduğu 1.3 milyon insanın 1.1 milyonu burada həyatını itirdi.

Xilas ola bilən insanlardan biri isə Frank Bright idi.

Haz hazırda 88 yaşında olan Bright, müharibə zamanı ailəsi ilə birlikdə Berlindəki evlərini tərk etmək məcburiyyətində qalmış, ancaq 1944-cü ilin oktyabrında tutularaq Auschwitz düşərgəsinə gətirilmişdi.

Əsir olaraq işlədilən Bright’ın anası və atası isə qaz otaqlarına göndərilməkdən xilas ola bilməmişdi.

İndi İngiltərədə yaşayan Bright, məktəblərə baş çəkir və gələcək nəsillərin keçmişdəki səhvləri təkrar etməməsi ümidiylə şagirdlərə ‘dünyadakı cəhənnəmdə’ yaşadıqlarını izah edir.