Sağlamlıq

Ana südü körpələrin zehni inkişafına təsir edirmi? | Araşdırma

Ana sudu haqqinda 2017
602views

İrlandiyada aparılan bir araşdırmada ana südünün, körpələrdə zehnin uzun müddətli inkişafına təsir etmədiyi məlum olub.

Alimlərin daha əvvəl həyata keçirdiyi araşdırmalarda, ana südü ilə qidalanan uşaqların daha yaxşı təhsil həyatına və yetkinlikdə daha yaxşı gəlir səviyyəsinə sahib ola biləcəkləri məlum olmuşdu.

Ancaq İrlandiyada həyata keçirilən və nəticələrinin “Pediatrics” adlı elm jurnalında yayımlandığı araşdırmayla bu qərarın yanlış olduğu isbat edilib.

Dublin Universitetində araşdırmalar aparan alimlər , 7.478 İrlandiyalı körpənin, söz lüğətini və problem həll etmə qabiliyyətlərinin 3 yaşındakı və günümüzdəki vəziyyətlərini qarşılaşdırıb.

Araşdırmada ən az 6 ay ana südü ilə qidalanan 3 yaşındakı körpələrin hiperaktividə dərəcələrinin düşdüyü və problem həll etmə qabiliyyətlərinin daha yaxşı olduğu müşahidə olunub. Ancaq bu testlər körpələr 5 yaşına gəldiyində əldə edilən nəticələrdə əhəmiyyətli bir fərqlilik görünməyib.

Məqaləni nəşr edən Lisa-Christine Girard, araşdırmada ana südü ilə qidalanan körpələrin inkişafında hər hansı bir fərqliliyin olmadığını, ancaq sosial-iqtisadi faktorların da qidalanma vərdişlərinə əlavə olunmasıyla davranış və inkişafla bağlı fərqliliyin ortaya çıxa biləcəyini bildirib.

Mental sağlamlığa təsiri sübut olunmasa da mütəxəssislər yenə də ana südünün əhəmiyyətinə diqqət çəkir. Ana südüylə bəslənən uşaqların, yarana biləcək sağlamlıq problemlərinə daha az tutulduğu elmi olaraq artıq sübut olunub.

ABŞ-da 2013-ci ildə doğulan körpələrin 30.7 %-i ən az 6 ay ərzində ana südü ilə bəslənib.