Gündəm

Ana öz doğma qızının həyatına son qoyub

202views

Türkiyənin Balıkesir şəhərində Ana öz qızını yatdığı yerdə tüfənglə vuraraq öldürüb

İkinci həyat yoldaşından ayrıldıqdan sonra atası M.Ç-in evində yaşayan Özlem Ç, ilk evliliyindən olan 17 yaşındakı qızı Sinem Sözen-i yatdığı yerdə ov tüfəngi ilə vurub.

Anası tərəfindən başından vurulan Sözen, hadisə yerindəcə dünyasını deyişib.

Silah səsini eşidərək otağa gələn M.Ç. tez Polis və Təcili Yardım çağırıb.

Övladına atəş açan Özlem Ç. hadisə yerinə gələn polislərə, qızını göstərərək, “Onu oyadın, işə gedəcək” deyə səslənib.

Hadisə ilə bağlı Balıkesirin Manyas bölgəsində cinayət işi açılıb və araşdırmaya başlanılıb.