DünyaMaraqlı

Amerikanın illərlə test etdiyi atom bombası sınaqları Youtube’a yükləndi | Video

193views

Amerikanın illərlə test etdiyi nüvə bombaların sınaqlarına artıq baxa bilərsiniz.

Amerika, 1945-dən 1962-ə qədər böyük nüvə sınaqları həyata keçirib. 1963-də yer üstündə atom bombası sınağı keçirilməsi qadağan olundu. Bu testlər zamanında çəkilərək saxlanılmışdı. Ölkə miqyasında atom bombası testlərinə aid minlərlə video var və artıq müəyyən bir qisminin məxfiliyi aradan qalxdı və Youtubeda yerləşdirildi.

Lourens Livermore Milli Laboratoriyasından (LLML) silah eksperti Greg Spriggs, atom bombası test video yazılarının qorunması vəzifəsini görür. Köhnə filmləri rəqəmsal mühitə köçürür.

Verilən məlumata görə, 5 illik layihədə, 4200 qədim video yazılara baxılmış və 750-sinin məxfiliyi ləğv edilmişdir. Gizli olmayan görüntülərin 64ü Youtubeda yer alır.

Greg Spriggs, köhnə video yazıların bir çoxunun hissələrə ayrıldığını və faydasız olacaqlarını söyləyib. Son olaraq LLML rəsmiləri video yazıların seçilməsi layihəsinin 2 il daha davam edəcəyini, qalan köhnə videoların da məxfiliyinin ləğv edilməsinin də zaman alacağını vurğulayır.

Atom bombası materialları ilə buradan tanış ola bilərsiniz: