Sənət

Amerikalı sənətçi lələklərdən sənət əsərləri yaradır

Lələklərdən sənət əsərləri Chris Maynard
1.24Kviews

Washingtonlu Chris Maynard, təbii lələklərdən istifadə edərək olduqca maraqlı sənət əsrələri yaradır. Sənətçi, zərif və bənzərsiz işlərini daha da təsirli edə bilmək üçün lələklərdən yararlandığını söyləyir.

yaaz.az Leleklerden senet eserleri, Chris Maynard

Maynard, zoopark və quş qəfəslərindən əldə etdiyi lazımi lələkləri, cərrah maşası, iynə və böyüdücü eynəklər vasitəsi ilə öz baxış bucağına uyğun səbrlə kəsərək baxımlı sənət əsərləri yaradır.


yaaz.az Leleklerden senet eserleri, Chris Maynard

Nəticədə təbii lələklərdən yaradılan quş siluetləri dəstə halında təsvir olunaraq əsərin bir parçasına çevrilir.


yaaz.az Leleklerden senet eserleri, Chris Maynard

Sənətçi bu şəkildə həm də quşların təbiətdəki xüsusi və maraqlı rolunu sərgiləməyə çalışır.


yaaz.az Leleklerden senet eserleri, Chris Maynard

“Lələklər təbiətin zirvələrdəki uğur obrazıdır. Hərəkətin və gözəlliyin kəsişdiyi nöqtədir. Onlar uçuşun özəyidir. Suya, günəşə və küləyə qarşı mübarizədir. Və rəngləri, quruluşları ilə sahiblərini təbiətin digər canlılarından qoruyur” deyə rəssam söyləyir.