Dünya

Amerika yeni prezidentini seçdi və Kanadaya mühacirət müraciətlərinə görə sayt çökdü

316views

Amerika yeni prezidentini seçdi və Kanadaya mühacirət müraciətlərinə görə sayt çökdü…

Seçki nəticələri hələ bəlli deyilkən, Trumpın şansı artmağa başlayanda mühacirət etmək istəyənlər hərəkətə keçiblər. Bildiyimiz kimi Amerikanın yeni prezidenti Donald Trump seçildi və bunun üzərində bir çox adam ölkəni tərk edəcəyini ifadə etmişdi.
Maraqlı olan isə odur ki, seçki nəticələri dəqiqləşmədən bir çox Amerika vətəndaşı Kanadaya mühacirət etmək qərarı verdilər.
Dünən gecə saatlarında, Kanadanın miqrasiya saytının qısa fasilələrlə bir neçə dəfə çökdüyü bildirilib. Çökmənin səbəbi isə sayta edilən intensiv girişlər olaraq göstərilir.
Bu vəziyyət ciddiyyət daşıyırmı yoxsa həvəskar edilən addımlardır? Bunlar hələ ki, dəqiq bilinməsə də Kanadaya həqiqətən böyük köçün baş verib verməyəcəyi maraq mövzusudur.