Gündəm

Almaniya’da terror hadisəsinin qarşısı alınıb

689views

Almaniya’da qaçqınların qaldığı bölgədə aparılan əməliyyat nəticəsində, üç Suriyalı terror şübhəlisi saxlanılıb. Terror qruplaşması İŞİD’in üzvləri olduğu bildirilən Suriyalıların Paris hücumları ilə də əlaqələri olduğu bildirilir.

Almaniya Daxili İşlər Naziri Thomas de Maiziere şübhəlilər haqqında “Hər şey Almaniya’da tuta bildiyimiz bu üç insanın Paris hücumlarını həyata keçirdən terroristlərlə əlaqələrinin olduğunu göstərir. Eyni zamanda onların da səyahət sənədlərinin eyni yerdən verildiyini görürük.” şəklində açıqlama verib.

Yaşları 17 ilə 26 arasında dəyişən şübhəlilərin, 2015-ci ildə İŞİD’in planı ilə Almaniya’ya girə bildiklərini söyləyən nazir, bu adların Almaniya və Avropada terror hadisələri törətmək üçün hazırlaşdıqlarını açıqlayıb.