Dünya

Almaniyada avtomagistral yollar ödənişli olacaq

Almaniya avtobanlari
192views

Almaniya hökuməti, avtomagistral yollara girişi ödənişli edən qanun layihəsini qəbul edib.

Qanun layihəsində, ölkədə və xaricdə qeydiyyatda olan avtomobillərə müəyyən qanunların tətbiqi nəzərdə tutulub .

Almaniyada qeydiyyatda olan avtomobil sahibləri, ödədikləri keçid ödənişinin vergisini geri tələb edə biləcəklər. Xarici ölkə qeydiyyatlı sürücülər isə avtomobillərinin yaratdığı hava çirkliliyi nisbətində keçid ödənişi ödəyəcək.

Qanunun həyata keçirilməsi üçün parlamentin də razılığı zəruri olan layihənin, seçkilərdən sonra sentyabr ayında qüvvəyə minməsi gözlənilir.

Qeyd edək ki, Avropa Birliyi Komissiyası, təklif edilən qanuna, üzv ölkə vətəndaşları arasında ayrı-seçkilik edildiyini əsas gətirərək qarşı çıxmışdı.