Dünya

Almaniya yeni il hədiyyəsi olaraq xalqa pulsuz elektrik enerjisi verir

195views

Almaniya, külək enerjisini ən yaxşı istifadə edən ölkələrdən biridir

Bəzi dövrlərdə əldə edilən enerji o qədər çox olur ki, bu enerji şəbəkəyə göndərildiyində, xalqa pulsuz elektrik verəcək səviyyəyə qədər yüksək olur.

Milad tətili münasibətilə ailələrini ziyarətə gedən vətəndaşlar, zavodların işləməməsi və bu ilin nisbətən isti keçməsi səbəbi ilə istehsal olunan enerjinin əldə qalması anlamına gəlir. Vəziyyətin belə olduğu halda tətil dövründə istehsal olunan enerji, xərclənəndən çox olur və hökumət bunu hesablara güzəşt olaraq əks etdirir.
germany-wind-power-christmas-1020x610
Bloombergin xəbərinə görə, pulsuz elektrik verilməsinin bir səbəbi də külək enerjisindən əldə edilən enerjini tarazlaşdırmağın hər zaman asan olmadığı ilə bağlıdır. Bu səbəblə də istifadəçiləri xərcə təşviq etmək üçün güzəştə gedilməsi lazımdır ki, bu enerji şəbəkədən çıxsın. Əks təqdirdə istehsalçılar stansiyaları bir müddətə bağlamaq məcburiyyətində də qala bilərlər. Yəni görülən şey qarşılıqlı fayda verir.

Bu hal ilk dəfə baş vermir. Son 4 ildir ki, xüsusən milad dövrlərində Almaniyada vətəndaşların xərclədiyi enerjinin bir miqdarı pulsuz olur.