Kosmos

Alimlər Marsda yaşamaq üçün ən uyğun yeri müəyyən ediblər

74views

Marsda yaşamağa ən uyğun yer planetin şimal yarım kürəsində yerləşən düzlükdür. Gələcəkdə insanlardan ibarət olan bazanın məhz həmin yerdə yerləşməsi planlaşdırılır.

İlk mühacirlərin yerləşdirilməsi nəzərdə tutulan məkanın uzunluğu təxminən 100 km-dir.
Qeyd olunduğu kimi, planetin şimal yarım kürəsində müəyyənləşən yer Xrisa və Utopiya düzənliklərinin arasında yerləşir.

Alimlərin məhz bu regionu seçmələrinin səbəbi kimi isə həmin yerdə buz ehtiyyatlarının çox olması göstərilir.

Broun Universitetinin (ABŞ) alimi və bu layihənin rəhbərlərindən biri olan Ceyms Hed ehtimal edir ki, Yer planetindən kənar yeni həyat məhz bu yerdə aşkarlana bilər.