Dünya

Albert Eynşteyndən sonrakı ən böyük dahi olaraq görülən fizik Stephen Hawking xəstəxanaya aparılıb

233views

Elm adamları tərəfindən Albert Eynşteyndən sonrakı ən böyük dahi olaraq görülən məşhur ingilis fizikaçı Stephen Hawking’in İtalyanın paytaxtı Romada xəstəxanaya aparıldığı bildirilib.

İngilis The Telegraph qəzeti, Hawking’in Ponfical Elmlər Akademiyasında konfrans vermək üçün getdiyi Romada cümə axşamı gecəsi rahatsızlanması səbəbi ilə xəstəxanaya qaldırıldığını açıqlayıb. Xəstəxanadan edilən açıqlamada, Hawking’in, həyati təhlükəsinin olmadığı, xəstəxanada ikinci gecəsini keçirdiyi və sağlamlıq vəziyyətinin nəzarət altına alındığı ifadə edilib.

21 yaşındaykən müalicəsi olmayan motor neyron xəstəliyi olaraq da bilinən Amyotrofik Lateral Skleroz xəstəliyinə tutulan Hawking, bədəninin az qala bütün hissəsindən istifadə edə bilmir. Özü üçün xüsusi olaraq inkişaf etdirilən bir kompüter sisteminə yalnız yanaq əzələlərində birini istifadə edərək əmr verə bilən Hawking, bu şəkildə gündəlik təxminən 2 min 500 sözlə ünsiyyət qura bilir və elmi işlərini davam etdirə bilir.

Məşhur fizik ən son 25 Noyabrda Vatikanda ‘Kainatın Qaynağı’ başlıqlı bir konfrans vermiş və Papa Francis ilə görüşmüşdü.