Sağlamlıq

Ağrının dərmanı tapıldı: Sarılmaq

154views

Ağrının dərmanı tapıldı: Sarılmaq

İsraildə aparılan bir araşdırmaya görə fiziki ağrı içində sevdiyiniz birinin sizə sarılması acı və ağrılarınızı dindirir.

Bir yeriniz ağrıyarkən birinin sizə toxunması ən son istəyəcəyiniz şeydir. Ancaq aparılan araşdırmaya görə, sevdiyiniz birinin olması və ya sizi qucaqlaması acının sona çatması üçün ehtiyacınız olan dərmanı təmin edir. Tədqiqatçılar, aramızda duyğusal bağ olan birinin bizə toxunmasının beyinin ağrı siqnalına təsir edərək ağrıları azaltdığını kəşf ediblər.

Ancaq tanımadığımız birinin toxunması eyni təsiri yaratmır. Çünki, onunla aramızda duyğusal bir bağ olmur. Bir çox tədqiqat toxunaraq qurulan təmasların, yəni sosial əlaqənin güclü bir ağrı sakitləşdirici vasitə dərman olduğunu sübut edirdi. Amma indiyə qədər onların kim olduğu bir əhəmiyyət daşımırdı. Bu tədqiqatla, sarılan insanın sevilən bir adam olması lazım olduğu ortaya çıxarıldı.

Tədqiqatçılar apardıqları təcrübədə; Onlarca qadın könüllünün qoluna isti bir metal çubuqla toxunaraq onları iztiraba məruz qoyublar.
İlk başda xarici biri onların əlini tutaraq ağrılarını azaltmağa çalışdı. İkincisində isə, həyat yoldaşları və ya tərəfdaşları onların əlini tutaraq fiziki təmas qurdular. Nəticə olaraq xarici biri onların əlindən tutanda ağrılarında heç bir azalma və ya artma müşahidə olunmadı. Sevdikləri əllərini tutduqda isə, ağrılarında gözlə görülər bir azalma müşahidə olunub.