Mobil

Ağıllı telefonlar bizi dinləyirmi?

235views

Daha əvvəl telefonla biriylə bir məsələ haqqında danışdıqdan sonra internetdə o məsələ ilə bağlı reklam gördüyünüz olubmu?

Ağıllı telefonlar və istifadə etdikləri proqramlar günümüzdə həqiqətən çox yüksək səviyyə nöqtəyə gəldilər. Hətta görünüşə görə sizi dinləyəcək və buna görə istinad edərək sizin qarşınıza ona görə reklam çıxaracaq qədər səviyyəyə gəlib? Əslində bu hadisə proqramlarla bağlıdır.

BBC-dən Zoe Kleinmanın verdiyi xəbərə görə, ağıllı telefonlarınız bu anda da sizi dinləyir ola bilər. Kleinman bu iddianı, ötən günlərdə başına gələn bir hadisədən sonra ortaya atıb. Öz verdiyi açıqlamaya görə, bir müddət əvvəl, anası bir ailə dostunun Tailandda yol qəzasında öldüyünü deyib. Telefonu isə arxasındakı dəzgahın üstündəymiş.

Sonra isə telefonu əlinə alıb axtarış mühərrikini açanda təklif edilən axtarma mövzularının başında dostunun adını və “Tailandda motosiklet qəzası” xəbəri varmış.

Əslinə baxsanız internetdə bu cür hekayələrin sayı xeyli çoxdur və hər keçən gün bu hekayələr artır. Xüsusilə də Reddit-də bu məsələ ilə bağlı bir çox məsələ var.

Bir çoxu reklamlarla bağlıdır. Bir çox adam telefonla biriylə bir şey danışdıqdan sonra internetdə o məsələ ilə bağlı reklamlar gördüklərini deyir.

Mütəxəssislər nə deyir?
Pen Test Partners Şirkətindən kiber təhlükəsizlik eksperti Ken Munro və həmkarı David Lodge, bu məsələ ilə bağlı mühüm açıqlamalar veriblər. Bu mütəxəssislərə görə, bəli, ağıllı telefonunuz sizi dinləmiş ola bilər. Bunu bir ağıllı telefon tətbiqi və ya birbaşa olaraq Google, Apple kimi texnologiya nəhəngləri belə edə bilər. Təbii ki, bu təhlükəsizlik mütəxəssislərinin iddialarıdır.

Təhlükəsizlik mütəxəssisləri, bunun mövcud Google Anroid fəaliyyətini istifadə edərək mümkün olduğunu deyirlər. Təhlükəsizlik mütəxəssisi, telefondakı mikrofonu istifadə etmə icazəsi aldıqdan sonra internetdə bir dinləmə aparıcısı yaratdıqlarından sonra telefonun mikrofonla duyulan hər şeyini dünyanın harasında olursa olsun, özlərinə geri qayıtdığını deyir. Belə bir sistemin isə iki gündə yaradıla bilər deyir.

Texnologiya nəhəngləri nə deyir?
Bu məsələ ilə bağlı Apple, Google və Facebook kimi şirkətlər, ümumiyyətlə qarşı çıxır və iddiaları yalan sayırlar.

Google, insanların sözlərini səs tanıma əmri olan “Ok Google” demədən əvvəl reklam və ya başqa məqsədlər üçün qətiyyən istifadə etmədiklərini deyir. Google bunu istifadə etməyə çalışan bu üsulları da tətbiq mağazalarından sildiklərini deyir.