MaraqlıPsixoloji məlumatlar

Ağıllı insanların 16 xüsusiyyəti – Analiz

377views

İnsanların ən çox sevdiyi testlər zəka testləridir. Bəs sən nə qədər ağıllısan? Bu 16 xüsusiyyətin neçəsi səndə var?

Hər bir insan dilə gətirməsə də içdən içə zəkalı olduğunu düşünür və buna inanırlar. Lakin özündən daha ağıllı birini görəndə də onu təqdir etməkdən özümüzü saxlaya bilmirik. Bəs zəka üstünlükdürmü, yoxsa çatışmazlıq?

Zəka doğru insanda təsirli silaha çevrilərkən, yanlış insanlarda pis xarakterlər daşıya bilir.

1. Ən çox çalışarkən əylənərlər.
Çalışarkən zəkalarını istifadə etdikləri üçün bundan çox  yüksək təsir alırlar.

95a7204egiphy11

2. Həm realist, həm də xəyalpərəstdirlər.
Adi insanlardan daha böyük məqsədlər qoyurlar və bu məqsədlərə nail olunarkən yenə adi insanlara nisbətən daha real yollar izləyirlər. Dünyanın günəş ətrafında döndüyünü iddia etmək üçün xəyalpərəst, bu nəzəriyyəni elmi olaraq isbat etmək üçün isə realist olmalısınız.

f26fb5e6giphy
3. İnadkar olurlar.
Tomas Edison elektrik lampasını tapana qədər 2 min uğursuz sınaq keçirib.

2387e594giphy1
4. Hər zaman bir addım öndədirlər.
Hər hansı bir hadisəyə ya da məsələyə hər baxımdan baxdıqları üçün adətən buz dağının görünməyən tərəfini görürlər.

0633f7b8giphy2
5. Başqalarının səhvlərindən dərs alırlar.
Bir şeylər öyrənmək, ya da dərs almaq üçün öz səhvlərini etməyi gözləmirlər. Yaxşı bir müşahidəçi olduqları üçün başqalarının səhvlərindən də dərs alırlar.

f650e130giphy3
6. Tez öyrənir və dərhal uyğunlaşırlar.
Öyrənmələri lazım olan şeyi bir məntiqə oturtmağı və simvolik etməyi sevirlər. Bu da öyrənmə müddətlərini qısaldır və zəkaları sayəsində asan qəbul edildikləri üçün yeni girdikləri mühitdə adaptasiya problemi yaşamırlar.

adaptation
7. Proqnoz və praktiki həll yolu tapmaq qabiliyyətləri yüksəkdir.
Görülməsi mümkün problemləri digər insanlara görə daha tez proqnozlaşdırırlar. Dediyimiz kimi, bir addım öndədirlər. Problemlərə həm asan, həm də qısa yol tapırlar. Bill Gates “Hər zaman ən tənbəl insanları işə götürürəm, çünki tənbəllər çox qarışıq işləri də ən qısa yolla həll edirlər” sözünün gizli mübtədası zəka ola bilərmi?

5b8dcd17giphy6

8. Bir-birinə əks qütbləri yaxınlaşdırmaq bacarıqları yüksəkdir.
Yaxşı bir lider olmağın şərtlərindən biri budur. Hər təbəqəyə xitab edə, hər kəsin səviyyəsinə enib çıxa və hər təbəqəni bir arada tuta bilməlisən.

43ada9ffnokialogowallpaper

9. Daima yeni şeylər öyrənməyə çalışarlar.

46c63d48giphy7
10. Danışmağı o qədər də sevmirlər.
Əslində çox danışırlar, amma siz eşitməzsiniz. Öz içlərində davamlı danışdıqları üçün bəzən ətrafdakılarla əlaqəsi kəsilər.

bbdfd5cbgiphy8
11. Yumor qabiliyyətləri yüksək olur.
Zarafat, ziddiyyətlərdən harmoniya yaratma sənətidir. Zidd qütbləri uzlaşdırma bacarığı yüksək olan birinin zarafat etməsi çox da çətin olmamalıdır.

41961c2dgiphy9
12. Xoşbəxt deyillər.
İnadkar olmağın ən böyük mənfi təsiri bədbəxtlikdir. Normal bir insanın qane olacağı şeylər onlara kifayət etmir. Sərhədlərinin olduğunu özünə etiraf edə bilməzlər və həmişə daha yaxşısını axtarırlar. Qane olmadıqları üçün xoşbəxt də ola bilmirlər.

0e1ffcd9giphy10
13. Mükəmməlçidirlər.
Hər zaman daha yaxşısını edə bildikləri üçün sərhədləri zorlamağı sevirlər. İşlərində hər hansı bir qüsur olduğunda başqaları tərəfindən üzlərinə vurulmasına da göz yuma bilmirlər. İnsanlar tərəfindən səhv etməyən biri kimi tanınmaq istəyirlər.

5fbcb2b8giphy12
14. Zaman zaman kobud ola bilirlər.
Bunu qəsdən etmirlər ancaq bəzən hər kəsi öz səviyyələrində güman edirlər. Öz pərdələrindən danışdıqda bu qarşı tərəf üçün can sıxıcı olur və lovğalıq kimi qəbul edilir.

9d9e8475giphy13
15. Asosyal ola bilirlər.
Zəkalarının fərqinə gəldikləri anda digər insanları kiçildə və təkəbbürlük edə bilərlər.

4a3c919cgiphy15
16. Narsist ola bilirlər.
Hər bir ağıllı insan bir az özünə vurğun şəxsdir. Sosial zəkası yüksək olanlar bunu xarizmaya çevirərkən, həddini aşanlar isə itici olurlar.

305c6c8egiphy16