FotoqrafiyaİnternetMaraqlıŞəbəkə

Ağıllardan silinməyən fotoşəkil

653views

1985-ci ildə çəkilmiş bu fotoşəkil keçən həftə yenidən mediada gündəm olub.

İctimai mediada paylaşılan fotoşəkillərin çoxunun ömrü uzun olmur əslində. Ancaq bəzi obrazlar var ki heç bir zaman aktuallığını itirmir və dərin izlər buraxaraq daim düşüncəmizdə qalır.

Facebook və Twitter kimi dərhal reaksiya imkanı yaradan sosial proqramlar ortaya çıxmazadan əvvəl, 1985-ci ildə İsveçin Vaxjö şəhərində çəkilən bir fotoşəkil, günümüzün ‘bəyən’ və ‘retweet’lerinin gücündən məhrum olsa da dünya mədəniyyəti şüuruna həkk olunub.

Fotoşəkil, Neo-Nazi nümayişi zamanı çəkilmişdi. Şəkildə əlində çanta olan qadın, anası düşərgədə öldürülən Polşa mənşəli, İsveçli Danuta Danielsson’dur.

Faşistlərlə eyni mühitdə yaşamağın yaratdığı hirsə daha çox dözə bilməyən Danielsson, çantasıyla onlardan birinə hücum edir. Bu ağ-qara fotoşəkil, bu gün də bir çox insan üçün şüar olmağa davam edir.

Bir neçə həftədir seçki və Referendumlar səbəbiylə Amerika və Avropadakı etiraz dalğaları içərisində Danielsson’un fotoşəkili yenidən gündəmə gəlib. Sözü gedən fotoşəkil sanki danışır:

“Faşistləri çantasıyla döyən qadın olun!”