DünyaMəşhurlar

‘Ağ Evi havaya uçurmaq istəyirəm’ deyən Madonnaya pis xəbər

709views

ABŞ-da Qadınlar Yürüşündəki çıxışında istifadə etdiyi “Ağ Evi havaya uçurmaq istəyirəm” sözləri Madonnanın başına bəla oldu.

ABŞ-lı pop ulduz Madonnanın Vaşinqtonda keçirilən Qadınlar Yürüşündə çıxışı başına bəla olacaq kimi görünür. ABŞ gizli xidmətinin, Madonna haqqında istintaq başlatdığı bildirilib.
Bir çox kanaldan canlı yayımlanan çıxışı, internetdə də gərgin mübahisələrə səbəb olan Madonna üçün sosial media istifadəçilərinin bir qismi istintaq aparılmasını istəmişdi.

Ulduz müğənni çıxışında, “Əsəbiyəm. Sarsıdılmış vəziyyətdəyəm. Bəli, Ağ Evi partlatmağı düşündüm. Ancaq bunun heç nəyi dəyişməyəcəyini bilirəm. Ümidsizliyə düşməməliyik. Şair W.H.auden İkinci Dünya Müharibəsindən əvvəl, “Ya bir-birimizi sevəcəyik, ya da öləcəyik” – demişdi. Mən sevməyi seçirəm. Siz də mənimləsiniz”? -deyə danışmışdı.

Bu çıxışdan sonra Gateway Pundit adlı sayta danışan Gizli Xidmət sözçüsü, məsələ ilə bağlı istintaq aparılacağını ancaq cinayət işi açılıb açılmayacağına baş prokurorluğun qərar verəcəyini deyib.
Madonna isə Instagram hesabından verdiyi açıqlamada, sözlərinin kontekstindən çıxarıldığını iddia edib. Madonna, “Mən vəhşi bir insan deyiləm. Zorakılıq təbliğatı etmədim. İnsanların çıxışımın içindəki bir cümlədənsə, sözümün hamısını anlaması vacibdir. Çıxışıma “məhəbbətin inqilabına başlamaq istəyirəm” – deyə başlamışdım. Sonra da bir tərəfdən ümidli olduğumdan digər tərəfdən isə hirsli olduğumdan bəhs etmişdim. Bunlar mənim hisslərimdir” ifadələrini bildirib.
Madonnanın etdiyi bu Instagram paylaşımının altında bir çox Trump tərəfdarı, məşhur sənətçini terrorist kimi xarakterizə edib və Gizli Xidmətin araşdırmasını dəstəklədiklərini bildiriblər.