Kosmos

Ağ Evdən qorxuducu meteorit açıqlaması

344views

Ağ Ev gündəmdən düşməyən, Dünyaya meteorit düşəcək xəbərləri ilə bağlı yeni bir sənəd dərc edib.

Təxminən bir neçə gündür internetdə, sosial media hesablarında 67p kometanın Dünyaya çarpma ehtimalına dair bir çox xəbərə rast gəlmişik.

Əlaqədar mövzu: 67P quyruqlu ulduz 2029’cu ildə dünyayla toqquşacaq

NASA-nın Rosetta qurğusunu minlərlə quyruqlu ulduz arasından “67p” adlı quyruqlu ulduza göndərməsinin məqsədlərindən birinin də bu meteoritinin Dünyaya çarpma ehtimalının 2.7% olması ilə bağlıdır.
ABŞ rəhbərliyi Dünyaya mümkün meteorit çarpması halında nələr ediləcəyinə dair bir sənəd yayıb. Ağ Evdə hazırlanan “Dünyaya Yaxın Cismlərə Milli Hazırlıq Strategiyası” işində, planetin meteoritlərə qarşı kifayət qədər müdafiə olunmadığı qeyd olunub. Planda, Dünyaya yaxın cisimlərin müəyyən edilməsi, təqib edilməsi, bu cisimlərin Dünyaya çarpışmadan əvvəl istiqamətlərinin dəyişdirilməsi üçün üsullar nəzərdə tutulur.
Hesabatda layihənin məqsədləri barədə deyilir: “Müəyyən təhdidləri digər hökumətlərlə də bölüşmək, media və ictimaiyyətlə ünsiyyəti koordinasiya etmək və NEO təsirləri ilə bağlı beynəlxalq qarşılıqlı təsir protokolları inkişaf etdirmək lazımdır”.