Futbol

AFFA’dan Qarabağ və Qəbələyə ağır cəza

AFFA Qarabag ve Qebele 2017
156views

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda Premyer Liqanın 19-cu turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Fevralın 18-də Premyer Liqanın XIX turunun “İnter” – “Zirə” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 74-cü dəqiqəsində “Zirə” klubunun 1 №-li futbolçusu Anar Nəzirov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Fevralın 19-da Premyer Liqanın XIX turunun “Sumqayıt” – AZAL matçının birinci hissəsi bitdikdən sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, bu hal ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat cərimə olunub.

Anoloji hadisə yenidən təkrarlanacağı təqdirdə kluba daha ağır sanksiya tətbiq olunacaq.

“Qəbələ” – “Qarabağ” matçı ilə bağlı isə İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

1. “Qəbələ” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün hər iki klub 800 manat cərimə olunur.

2. “Qəbələ” və “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün hər iki klub 1600 manat cərimə olunur.

3. “Qəbələ” klubunun azarkeşləri tərəfindən təhqiredici pankartların açılmasına görə klub 4000 manat cərimə olunur.