MaraqlıPsixoloji məlumatlarSağlamlıq

Adrenalin: ekstrim adrenalin asılılığının səbəbidirmi?

132views

Hələ yüz min illər bundan əvvəl, insanların mağaralarda yaşadığı, daşla, dəyənəklə silahlandığı daş dövründə məlum idi ki, bəzi insanlarda yalın əllə yırtıcı heyvanların üstünə getmək, ekstremal vəziyyətlərə düşmək, risk etmək, bir sözlə, ölümlə çiling-ağac oynamaq həyati bir tələbata çevrilir. Bu insanları ovlanmış heyvanın əti, ya dərisi maraqlandırmırdı, maraqlı olan ovun özü, prosesin gedişi idi, sona çatanda maraq itirdi.
ext5

 

Sonralar tunc dövründə qladiatoru döyüşə aparan da bu hiss, bu vərdiş idi, o, qalib olmaq, heç sağ qalmaq üçün də vuruşmurdu, çünki yaxşı bilirdi ki, bu döyüşdə sağ qalsa da, gələn döyüşdə mütləq öləcək.

Qladiatoru döyüşə səsləyən şeypurların səsi, poladın cingiltisi, dəhşətə gələn kütlənin nəriltisi idi, o, faktiki olaraq, bunlarsız yaşaya bilmirdi.

Bu insanlarda dəhşətli bir asılılıq yaranır, onlar ekstrim olmayanda darıxırlar, özlərinə yer tapmırlar, qartalın qanad saldığı hündür zirvəyə dırmaşır, ya da sıldırım qayadan coşqun sellərə tullanırlar.

ext10

Yox, bunlar qəhrəman deyillər, doğrudur, qəhrəmanlıq da ölüm qorxusuna qalib gəlməkdir, amma adrenalin çıxarmaq, ekstrim yaşamaq üçün deyil, umumi marağın, ideyanın naminə həyatla risk etmək, lazım gəlsə ölümə getməkdir.

Spartak da qladiator olanda qəhrəman deyildi, baxmayaraq ki, cəsur döyüşçü idi, ölümün gözünə dik baxırdı və hər döyüşdən qalib çıxırdı.

O, yalnız qulların azadlıq uğrunda mübarizəsinə qoşulduqdan və onun başında durduqdan sonra qəhrəmana çevrildi.

ext2

Zirvə alpinistin məqsədi deyil, çünki onu dağlara çıxaran məqsəd deyil, asılılıqdır, dağlardan asılılıqdır, ekstrim, adrinalin asılılığıdır.

Təbii ki, adrenalin asılılığı qədim dünyada qalmayıb, insanlarla bir yerdə daş dövründən internet dövrünə qədər gəlib, inkişaf edib. Biz indi TV kanallarında yüzlərlə insanın təyyarədən tullandığını, əngin səmalarda əl-ələ verib, müxtəlif fiqurlar yaratdığını müşahidə edirik. Bir başqaları isə hündür körpülərdən, uca göydələnlərdən aşağı tullanmağı sevirlər. Amma biz bilməliyik ki, bu insanlar göylərdə uçmurlar, saniyədə 9,8 metr artan təcillə göydən yerə düşürlər. Onların 15-20 metr gecikməyi, paraşütün ipini bir-iki dəqiqə gec çəkməyi 5-6 yüz metr məsafədən yerə düşməyə – ölümə bərabərdir.

ext9

Məlum olduğu kimi, İsveçrə və İtaliya yalnız səfalı kurortları və gözəl şəhərləri ilə deyil, həm də sıldırımlı dağları, qranit və qabbro tərkibli (xalq arasında boz və qara mərmər deyilir) sərt qayaları ilə məşhurdur. Hər il dünyanın hər yerindən minlərlə insan bu ölkələrə gəlir ki, qışda dik yamaclardan dərin dərələrə sürüşsünlər, yayda yüzlərlə metr göylərə ucalan sıldırım qayalara dırmaşsınlar.

ext1

Elə insanlar da var ki, onlar dik qayalardan aşağı tullanır, yerə bir neçə yüz metr qalmışa kimi göylərdə uçur, qəsdən paraşütü açmırlar. Bu insanlar əsil ekstremallar, daha dəqiq desək, adrenalin asılılığının qurbanlarıdır. Uzağa niyə gedək, bu gün Bakıda yolumuza və yuxumuza haram qatan avtoşlar kiçik miqyaslı olsalar da, bu tip insanlardır. Onlar da bir növ xəstədir, ölümlə həyatın sərhədində xuliqanlıq edir, ekstrimsiz yaşaya bilmirlər. Amma başqalarını, ekstremizmdən tamamilə uzaq, günahsız insanları bu təhlükəli oyuna qatdıqlarının fərqində də deyillər…