Maraqlı

Adolf Hitler: ‘Ankara Moskva ilə müttəfiq olsa, Türkiyəni işğal edib sizə verərik’

Adolf Hitler
192views

Ankara Moskva ilə müttəfiq olsa, Türkiyəni işğal edib sizə verərik.

Nasist lideri Adolf Hitlerin Türkiyəni işğal edib İtaliyaya verməyi planlaşdırdığı iddia edilib.

Sovet kəşfiyyat təşkilatı DTK Polkovniki, xarici kəşfiyyat yazarı İqor Damaskinin yazdığı ‘Stalin və Kəşfiyyat’ adlı kitabında, 1934-cü ildə Hitler və dövrün İtalyan faşist lideri Benito Mussolini arasında keçən maraqlı dialoqu qeyd edib.

Müəllif, “29 iyun 1934-cü ildə Sovet lideri İosif Stalinə bir Polşalı mənbədən belə bir məlumat çatdırılıb: Məsələ, Hitler-Mussolini görüşməsi ilə bağlıdır. Görüşdə SSRİ-nin işğal edilməsi məsələsi müzakirə olunub. Hitler Mussoliniyə, Türkiyə torpaqlarını (Türkiyənin SSRİ ilə ittifaq etməsi durumunda) və Krımı təklif edib” deyə qeyd edib.

Rusiyada 2009-cu ildə nəşr olunan ‘Wehrmacht’ın general və zabitləri tərəfindən də “1944-1951” adlı kitabda da Hitlerin 2-ci Dünya Müharibəsində Türkiyəyə hücum etməyi planlaşdırdığı iddia edilmişdi.