Kompüter

Adobe səs yazılarında dəyişiklik edən “photoshop” təqdim edib

240views

Hər il olduğu kimi Adobe bu il də yeni proqram və tətbiqlərini təqdim etdiyi Adobe MAX adlı konfrans keçirib. Ötən həftənin sonunda keçirilən konfransda şirkət, Voco adlandırdığı səs yazıları redaktorunu təqdim edib.

Bu proqramın köməyi ilə səs yazısında sözlərin yerini dəyişməklə yanaşı, yazıda olmayan yeni sözlər və söz birləşmələri əlavə etmək mümkündür. Qeyd edək ki, əlavə olunan bütün sözlər səsi redaktə olunan insanın səsi ilə tələffüz olunur.

Proqramın təqdimatını aşağıdaki videoda izləyə bilərsiniz.

Bu andan etibarən öz sözlərinizə belə güvənməyin.