İnternet

AdBlock şirkəti də reklam yayımına başlayıb

684views

Adblock, “qəbul edilə bilən reklam platforması” adını verdiyi yeni reklam şəbəkəsini təqdim edib.

Şirkətin reklamsız internet hədəfi ilə uzlaşmayan bu addımı, reklama qadağa mümkün deyil mi? sualını ağıllara gətirib.

Istifadəçilərinin böyük əksəriyyətinin “qəbul edilə bilən reklamlar”-dan məmnun olduğunu ifadə edən Adblock, maneə törədən reklamların yerinə “qəbul edilə bilən reklamlar”-ın nümayişini təqdim edir.

Əgər, saytda yer alan reklam, hal hazırda firmanın qəbul etdiyi reklam siyahısında varsa hər hansı bir qadağa olmayacaq.

Şirkətin, interneti tamamilə reklamlardan təmizləmək kimi bir məqsədi olmadığını söyləyən Adblock, hədəflərinin pis reklamları, narahat etməyəcək səviyyədə olanlar ilə dəyişdirmək olduğunu bildirib.