DünyaMaraqlıSiyasət

ABŞ’ın ilk hicablı millət vəkili

213views

ABŞ’da həyata keçirilən seçkilərdə qalibiyyət əldə edən Somali əsilli İlhan Ömer, ölkənin ilk hicablı millət vəkili oldu.

Yerli qəzətlərdən birinin verdiyi məlumata əsasən, Deomkrat partiyasından olan Ömer (34 yaş), prezident seçkiləri ilə paralel keçirilən Konqresin 2 pilləsi, Senat və Nümayəndələr məclisi üçün həyata keçirilən seçkilərdə, Minnesato bölgəsinin millət vəkili seçildi.

yaaz.az hicabli ilk millet vekili amerika

Ömər, seçki nəticələrinin məlum olmasının ardından verdiyi ilk açıqlamasında, “Bu yeni işlərin başlanğıcı deməkdir. Şəhərimizin tarixi uğurları var. Bu yerlərin fərqli insanlarını təmsil etdiyim, onlar ilə birlikdə və onlar üçün qalib olduğum üçün çox xoşbəxtəm” deyə bildirib.

Qərbi Afrikalı qadınların siyasətdə yer ala bilmələri üçün çalışan “Women Organizing Women” (WOW) adlı qeyri hökumət quruluşunun idarə rəhbəri olan Ömər, ‘bacarıqlı bir rəhbər’ olaraq tanınmaqdadır. Ömərin siyası həyatının, Somali müharibəsi və Kenyadakı qaçqın düşərgəsində başladığı bildirilir.

yaaz.az hicabli ilk millet vekili amerika

İqtisadiyyat, siyasət və beynəlxalq idarəetmə ixtisasları üzrə diplomlara sahib olan Ömər, şəxsi internet səhifəsində yayımladığı yazıda, bir ildən çoxdur üzərində çalışdıqları layihələrinin nəticəsini aldıqlarını bildirib.