DünyaSiyasət

ABŞ’ın 45-ci Prezidenti Donalt Trump | Donald Trump kimdir?

1.02Kviews

Çox böyük və çətin seçkilərin ardından Amerika bəlkə də bu gecə ən böyük tarixi sürprizini yaşadı.

Nəticələrin açıqlandığı gecədə hadisələr bu şəkildə davam etdi.

1. Seçkilərdə, kritik ştatlardan, New York, Illinois, California, New Jersey və Virginia’da qalib Hillary Clinton, Texas, Ohio, Şimali Carolina, Pensilvania və Florida’da isə qalib Donald Trump oldu.

yaaz.az ameika prezident seckileri

2. 29 səsə sahib olan Florida ştatında Trump’ın qalib olması ona böyük bir üstünlük gətirdi.

3. Donald Trump, səslərin aşıqlandığı müddətdə, əvvəldən axıra kimi 1-ci sırada qaldı.

4. Və gecənin sonunda, 279 səsə sahib olan Donald Trump, ABŞ’ın 45-ci Prezidenti oldu.

5. Donalt Trump’ın qalibiyyət ehtimalının artması ilə, dünya bazarında da gərginlik artdı. Böyük Birjalarda sərt enişlər baş verdi.

6. Trump, qalibiyyətinin ardından etdiyi ilk çıxışında dünyaya birlik və bərabərlik mesajı göndərdi.

7. Seçkilərin bitməsindən sonra tərəfdarları önündə çıxış etməkdən çəkinən Hillary Clinton, Trump’a zəng edərək onu təbrik etdi.

yaaz.az ameika prezident seckileri

Beləliklə 70 yaşındakı tanınmış biznesmen Donalt Trump, ilk olaraq Respublikaçıların Prezidentliyə Namizədi oldu və ardından Amerika xalqının səsi ilə ABŞ’ın 45-ci Prezidenti oldu.

20 Yanvar 2017-ci ildə Barack Obama, vəzifəsini rəsmi olaraq Donald Trump’a təslim edəcək.

yaaz.az ameika prezident seckileri

Donalt Trump kimdir?

Donalt Trump, Forbes jurnalının təqdim etdiyi “Dünyanın 400 Ən Varlı İnsanı” siyahısında yer almaqdadır. Jurnalın hesablamalarına əsasən Trump’ın sərvəti 3.7 milyard dollardır, ancaq Trump sərvətinin 10 milyard dollar olduğunu söyləyir.

Trump, 2000-ci ildə keçirilən seçkilərdə Reform Partiyasından Prezidentliyə namizədliyini irəli sürmüş, qısa bir müddətdən sonra isə geri çəkmişdi.

Donalt Trump, qalib olduğu bu seçkilərdə ilk dəfə olaraq, 2015-ci ilin İyun ayında Respublikaçılar Partiyası üzvü olaraq Prezidentliyə namizəd olduğunu açıqladı. Verdiyi vədlər və qeyri adi çıxışları ilə isə bütün dünyanın müzakirə etdiyi bir insana çevrildi.

Trump seçki kompaniyası boyunca “Make America Grate Again” (Amerikanı Yenidən Gücləndirmək) şüarı ilə çıxışlar etdi. Həmin şüarı 1980-cı ildə ABŞ Prezidenti seçilən Respublikaçı Ronald Reagan da öz seçki kompaniyası boyu istifadə etmişdi.

yaaz.az ameika prezident seckileri

Mübahisəli sözlər və vədlər.

Donald Trump’ın seçki vədlərində, qaçqınlar, Müsəlmanlar, təlhlükəsizlik və İŞİD ilə mübarizə ilə bağlı fikirlər ön planda görsəndi.

Amerikadakı məscidlərin nəzarət altına alınmasının vacibliyini düşünən Trump, terrora qarşı mübarizədə, Müsəlman qruplara dövlət tərəfindən ciddi nəzarətin olunmasının tərəfdarı olduğunu söylədi.

ABŞ’ın yeni prezidenti seçilən Trump, təxminən 11 milyon qanundan kənar qaçqınların ölkədən çıxarılmasının tərəfində olduğunu bildirir. Hətda baş verən kütləvi köçlərin qarşısını almaq üçün, ABŞ-Meksika sərhəddinə divar hörülməsini təklif edir.

Rusiya prezidenti Vladimir Putin ilə əla münasibət qura biləcəyini söyləyən Trump, Çin ilə olan ticarətin, daha da genişlənməsi üçün yeni addımların atılmasının vacibliyini vurğulayır.

Trump, İraq və Livyada vəziyyətin, ölən iki diktatorun ardından daha da pisə getdiyini düşünür. Hətda çıxışlarının birində, “Səddam Hüseyn və Muammər Qəddafi hal hazırda hakimiyyətdə olsa idi, dünya daha da yaxşı bir yer ola bilərdi” demişdi.

yaaz.az ameika prezident seckileri

Atasının şirkəti ilə başladı.

Donald Trump, 1946-cı ilin iyun ayında New York’da doğulub.

1960-cı illərin əvvələrində orta məktəbi davam etdirə bilməyib və yarıda buraxmalı olub. Ardından Hərbi Akademiyada təhsil alıb. 1968-ci ildə isə Pensilvaniya’dakı Wharton Universiteti’ndə iqdisadiyyat bölməsi üzrə təhsil alıb.

Universitet illərində atası Fred Trump’ın inşaat firmasında işləyib.

Atasının ölümünün ardından Trump, Commodore adlı sadə bir oteli inkişaf etdirərək Grand Hyatt Otellər şəbəkəsinə çevirə bilir.

Manhattan’dakı böyük bir binayı satın alaraq, yerində Trump Tower’ı inşa edir. Və burada bir çox yeni otellər qurur.

Bundan əlavə mədəniyyət sahəsində də böyük işlər görən Trump, 1996-2015-ci illərdə Miss Universe, Miss USA, və Miss Teen USA adlı gözəllik müsabiqələrinin təşkilatçılığını edir.

yaaz.az ameika prezident seckileri

3 dəfə evləndi.

Donald Trump’ın 3 evliliyindən toplam 5 övladı var.

İlk olaraq 1977-ci ildə, Çexiyalı məşhur model və idmançı İvana Zelnickova ilə evləndi. Bu evliliklərindən 3 övladı olan çütlük 1990-cı ildə boşandı.

1993-cü ildə Amerikalı televiziya işçisi Marla Maples ilə evlənən Trump’ın, bu evlilikdən Tiffany adlı bir qızı var. Cütlük 1996-cı ildə ayrıldı.

Trump son olaraq 2005-ci ildə Slovenyalı tanınmış model Melania Knauss ilə evləndi. Və bu evlilikdən Barron Trump adlı bir oğulları var.

yaaz.az ameika prezident seckileri