Dünya

ABŞ’da ‘Prezident Seçkiləri’ başladı, ilkin nəticələr

700views

Amerika Birləşmiş Ştatlarında yeni przidentin seçiləcəyi gün nəhayət gəlib çatdı. Bu gün, ‘Ağ Ev’in yeni sahibi bəlli olacaq.

Ölkənin qərbində seçkilər rəsmi olaraq 06:00 da başlayır. Ancaq New Hampshire əyatlətinin qanunlarına əsasən əhali sayısı 100’dən az olan qəsəbələrdə səs vermə gecə saatlarından başlaya bilər. Odur ki, hər il olduğu kimi bu il də seçkiyə ilk qatılanlar, Dixville Notch kəndinin sakinləri olub.

7 nəfər r’smi seçicinin səs verməsindən sonra zərflər açılıb. Səs vermədə Hillary Clinton’a 4, Donalt Trump’a 2, Gary Johnson’a isə bir səs verilib. Beləliklə ilk açılan zərflərdə Hillary Clinton önə keçib.

Xatırladaq ki, Dixville Notch sakinlərinin ilk ssəsverməsi 1960-cı ildə baş tutmuş və Nixona 9, J.F. Kennedyə isə 0 səs verilmişdi. Ancaq həmin il keçirilən seçkilərin qalibi J.Kennedy olmuşdu.

2000, 2004 və 2008-ci illərdə baş tutan seçkilərdə isə, Dixville Notchd kəndinin qalibi ölkə çərçivəsində də lider olmuş, 2012-ci ildə Obama və Romney’ə isə bərabər səs verilmişdi.