Dünya

ABŞ’da 9 qaradərili insanı öldürən Dylann Roof ölüm cəzasına məhkum edildi

Dylann Roof olum cezasina mehkum edildi
219views

Amerika Birləşmiş Ştatlarında kilsəyə hücum edərək 9 adamı öldürən 22 yaşındakı Dylann Roof, ölüm cəzasına məhkum edilib.

12 nəfərdən ibarət hakimlər heyəti, 3 saat davam edən məhkəmə iclasının ardından, Roof’un məhbus qaldığı müddətdə peşmanlıq hissi keçirmədiyini müşahidə etdiklərini bidlirib. Cinayətkar məhkəmə zamanı da bağışlanmağı üçün heç bir addım atmayıb.

yaaz.az Dylann Roof haqqinda

Məhkəmə qərarını açıqlanmasının ardından danışan qurbanlardan birinin yaxını, “Onun edama məhkum olunması lazımsız bir zəfərdir. Çünki artıq mənim bacım yoxdur. Roof ilə eyni düşüncədə olanlara bir mesaj göndərmək istəyirəm; cəmiyyət bunu qəbul etməyəcək. Hücumu nə zaman düşünsəm ağlayıram. Bu hücumları dayandırmalıyıq. Yalnız bir-birimizə dəstək olmaq hissi bizi bu cinayətlərdən uzaqlaşdıracaq” deyə ifadəsində bildirib.

Xatırladaq ki, Dylann Roof, 17 iyun 2015-ci il tarixində Amerika Birləşmiş Ştatlarının South Carolina ştatının Charleston şəhərində, daha çox qaradərili insanların getdiyi kilsəyə daxil olaraq əvvəlcə nifrət dolu mesajlarla onları təhqir etmiş ardından isə tapancasını çıxardaraq ətrafa atəş açmağa başlamışdı.