Dünya

ABŞ’da 66 il sonra bir ilk

378views

Amerika Birləşmiş Ştatları prezidenti seçilən Donald Trump’ın yeni idarə heyəti vaxt ötdükcə dəqiqləşir.

Belə ki Trump, Cincinnati şəhərində təşkil edilən mitinqdə ABŞ’ın yeni Müdafiə Nazirinin James Mattis olacağını açıqlayıb.

Xatırladaq ki, ABŞ’da bir general son olaraq 1950-ci ildə Müdafiə Naziri olmuşdu.

66 yaşında olan Ceyms Mattis təxminən dörd il əvvəl dəniz qüvvələrində General rütbəsi vəzifəsində çalışırdı.

2010-2013 illəri arasında ABŞ’ın Yaxın Şərq və Cənub-qərbi Asiyadakı hərbi əməliyyatlarının məsuliyyətini boynuna götürən Mattis, İrana qarşı olan mövqeyinin Obama rəhbərliyi ilə uyuşmaması səbəbindən 22 May 2013-cü ildə təqaüdə çıxmışdı. Mattis İran haqqında, “Yaxın Şərqdə sülhə və sabitliyə mane olan ölkə” deyə ifadəsində bildirmişdi.

Sabiq General, Seçki müzakirələri zamanı, terror şübhəlilərinin ifadəsi alınarkən işgəncə edilməsinə qarşı olduğunu söyləmişdi.

Donald Trump digər tərəfdən seçki sonrası təşəkkür mitinqlərini də davam etdirir. Son olaraq Indianada bir fabriki ziyarət edən Trump, gəzinti əsnasında bölgə xalqına seçki sonrası ilk xoş xəbərini də verib.

Belə ki Trump, Meksikaya köçəcəyini açıqlayan bir fabrikin bu qərardan yayındığını və Indianada qalacağını söyləyib. Hansı ki bu fabrik hal hazırda 1000-dən çox işçi heyətinə sahibdir.