Dünya

ABŞ, Yəmən’də 3 radar təsisini vurduğunu açıqladı

330views

ABŞ ordusu , Qırmızı dənizdə, Amerika hərbi gəmisininin son bir neçə gün ərzində ikinci dəfə vurulmasından sonra, Yəmən’də Husi birliyinin idarəsində olan üç radar təsisini vurduğunu açıqlayıb.

Pentagon, hücumların Prezident Barack Obama’ın təstiqi ilə təşkil olunduğunu bildirib.

Penatagon sözçüsü Peter Cook “Bu Amerika hərbi qüvvələrini, gəmilərimizi və bu önəmli dəniz mövqeyində azad idarə sistemimizi qorumaq üçün tərəfimizdən atılmış bir addımdır. ABŞ, hər zaman gəmilərimizi və ticarət yolunu hədələyən bu səpkili hücumlara cavab verəcəkdir ” deyə açıqlmasında bildirib.

ABŞ tərəfi hücumun, USS Nitze destroyerindən atılan Tomahawk raketləri ilə həyata keçirdiyini açıqlayıb.

Hücum, Amerikanın USS Mason gəmisinə atılan son raketdən bir saat sonra həyata keçirilib.

Pentagon gəmilərinin roketə qarşı müdafiə vəziyyətinə keçdiyini və heç bir ziyanın dəymədiyini söyləyib.

Xatırladaq ki, keçən həftənin bazar günü USS Mason gəmisinə Husilər tərəfindən iki roket atılmış ancaq roketlər hədəfə deyil dənizə düşmüşdü.

Husi sözçüsü isə hər hasnısa bir gəmiyə roket atmadıqlarını bildirmişdi.