Dünya

ABŞ ordusunda çılpaq qadın əsgərlər qalmaqalı

Amerikada cilpaq esgerler qalmaqlai 2017
158views

Amerika Birləşmiş Ştatları ordusunda xidmət göstərən qadın əsgərlərin çılpaq fotoşəkillərinin sosial mediada paylaşıldığının məlum olmasıyla ortaya çıxan qalmaqal getdikcə daha da böyüməkdədir.

Sosial mediada 30 min üzvü olan ‘Birləşmiş Dənizçilər’ adlı qapalı qrupda paylaşılan çılpaq fotoşəkillərin ardından istintaq açılıb.

Qalmaqalın mediada səs-küy yaratmasının ardından qrup bağlanılıb. Hadisəni ‘utanc verici’ olaraq xarakterizə edən Dəniz Piyadaları Komandiri General Robert Neller, bu şəkildə çıxış edib:

“Birləşmiş Dənizçilər qrupunda aktiv vəzifədə olan neçə əsgərin üzv olduğunu bilmirəm. Burada hədəf olan əsgər sayını da tam olaraq bilmirik. Özümüzdə səhv axtaracağıq və analiz edəcəyik. Lakin bir problem olduğunu qəbul etmək və bunu necə aradan qaldıra biləcəyimizi tapmaq məcburiyyətindəyik. ”

Qeyd edək ki, qalmaqal, qrupda fotoşəkilləri paylaşılan iki qadın əsgərin şikayəti ilə ortaya çıxıb. Qadın əsgərlərin vəkilləri Gloria Allred qrupda alçaldıcı şərhlərin yazıldığını bildirib:

“Fotoşəkillərin paylaşılması ilə bərabər, hələ də xidmətdə olan bir çox əsgər bu səhifədə ədəbsiz şərhlər yazır. Bəzi fotoşəkillərdə isə qadın əsgərlərə cinsi təcavüz görülməkdədir.. ”

Qrupun ortaya çıxmasının ardından fotoşəkil paylaşan hesabların hələ də aktiv olduğu bildirilir.