GündəmMaraqlı

ABŞ-lı cadugərlərdən Trumpa kütləvi sehr edilib

283views

ABŞ-lı cadugərlərdən Trumpa kütləvi sehr edilib.

ABŞ-lı cadugərlər də ABŞ Prezidenti Donald Trumpa qarşı hərəkətə keçdilər. Sosial mediadan təşkilatlanan cadugərlər Trumpı sədrlik kreslosundan etmək üçün cümə gecə yarısı kütləvi bağlama sehri ediblər. Cadugərlər Trump vəzifədən gedənə qədər istifadə edilən ritualları təkrar etməkdə də qərarlıdırlar və buna sehr müqaviməti adını veriblər.

Cadugərlik rituallarına inananlar, cümə gecə yarısı əvvəlcədən müəyyən edilən sözləri təkrar edərək, Trumpın şəkilini yandırıblar.

Bu ritual üçün yaradılan Facebook qrupu 10 mindən çox rəğbət alarkən, #magicresistance  (sehr müqaviməti) hashtagı altında sosial media istifadəçiləri etdikləri sehrin ritual fotosunu bölüşürlər.

Kimin yazdığı bəlli olmayan ancaq Donald Trump və ona yardım edənləri bağlamaq sehri başlığı ilə dərc olunan sehr nüsxəsində bu ifadələr yer alır: “Səndən Donald Trumpı bağlamağını istəyirəm, beləliklə, onun zərər verən işləri uğursuz olacaq və heç bir insana, ağaca, heyvana, qayaya, küləyə, ya da dənizə zərər verə bilməyəcək”.

Ritualın Trumpa fiziki zərər vermək məqsədilə edilmədiyi, bunun əvəzinə sehr müqaviməti yaradaraq onun Ağ Evdən ayrılmasına səbəb ola biləcəyi müdafiə edilir.


Ölkədəki Xristian mühafizəkarlar isə kütləvi rituala sərt reaksiya göstəriblər.
Xristian Milliyətçi Birlik adlı təşkilatın yaradıcısı Kevin Embruoz: “Bu hadisə diqqətimi çəkdi, çünki onlar dindar olmayan liberalların da dəstəyini çəkməyə çalışdılar. Trumpa qarşı bitmək bilməyən media hücumları səbəbilə onlar yoldan çıxmış ola bilərlər, əksəriyyəti gənclərdən ibarət olan bu insanlar, Şeytani qruplar üçün səmərəli bir üzv qazandırma fonu yaradırlar” deyib.

ABŞ-lı müğənni Lana Del Rey də rituala iştirak edib.

https://twitter.com/LanaDelRey/status/834964849264205825
Lana Del Rey Twitter hesabından ritualın aparılması lazım olan tarixləri də sadalayıb. Lana Del Rey “Tam gecə yarısında. 24 fevral, 26 mart, 24 aprel, 23 may… Materiallar internetdən tapıla bilinər.” deyə yazıb.