Dünya

ABŞ kəşfiyyatı: “Kiber hücum əmrini şəxsən Putin verib”

Vladimir Putin 2017
212views

ABŞ-da 8 noyabrda keçirilən prezident seçkilərinə kiber hücumlarla əlaqədar hazırlanan kəşfiyyat hesabatı ictimaiyyətlə paylaşılıb.

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Federal Təhqiqat Bürosu (FBI) və Milli Təhlükəsizlik Agentliyi (NSA) koordinasiyasında hazırlanan 25 səhifəlik hesabatda, Moskva rəhbərliyi açıq şəkildə ittiham olunub.

Hesabatda, demokratların namizədi Hillary Clinton’u etibarsızlaşdıraraq Donald Trump’ın seçkiləri qazanmasını təmin etmək üçün kiber hücum əmrinin şəxsən Rusiya Dövlət Prezidenti Valdimir Putinin tərəfindən verildiyi bildirilib.

İddialar ortaya atıldığı gündən bu yana ittihamları rədd edən Kreml, yeni açıqlamaya hələki cavab verməyib.